“Barselona”nın klubun qurucusu Joan Qamperin xatirəsinə keçirdiyi Qamber kubokunda buillki rəqibi müəyyənləşib.

Rekord.az xəbər verir ki, Kataloniya təmsilçisi Meksikanın “Pumas” klubu ilə qarşılaşacaq.

Görüş avqustun 7-də “Kamp Nou”da keçiriləcək.

Xatırladaq ki, “Barselona” daha öncə bu il İtaliyanın “Roma” klubu ilə qarşılaşacağını açıqlamışdı. Lakin “canavarlar” bir neçə gün öncə xatirə matçında iştirakdan imtina etdiklərini açıqlamışdılar. Bu üzdən də “Barselona” yeni rəqib axtarmaq məcburiyyətində qalmışdı.