“Barselona” gənc hücumçusu Ansu Fatinin əsas komandanın futbolçusu olduğunu rəsmən bəyan edib.

Rekord.az xəbər verri ki, bu barədə Kataloniya klubunun rəsmi saytı məlumat yayıb.

Fati əsas komandada “22” nömrəli formanı geyinəcək. Daha əvvəl bu nömrə İtaliya "İnter"inə keçən Arturo Vidala məxsus idi. Fatu isə bu vaxta qədər “31” nömrəli forma altında çıxış edirdi.

“Barselona” 18 yaşlı hücumçuya 400 milyon avro qiymət qoyub. Qvineya əsilli ispaniyalı forvardın əvvəlki qiyməti 170 milyon avro idi. 

Qeyd edək ki, "Barselona"nın yetirməsi olan Ansu Fati əsas komandada ötən ilin avqustunda debüt edib. O, 2019/2020 mövsümündə komandanın heyətində 24 oyunda meydana çıxıb, 7 qol vurub və 1 məhsuldar ötürmə ilə yadda qalıb. Fatinin La Liqa təmsilçisi ilə 2022-ci ilədək müqaviləsi var.