"Barselona"nın Bakıda futbol akademiyası açacağı tarix hələ də müəyyənləşməyib.

Lakin Rekord.az xəbər verir ki, məkanla bağlı müəyyən variantlar müzakirə olunub.

Əldə etdiyimiz məlumata görə, hazırda üzərində daha çox dayanılan məkan "ASK Arena"dır. Hər şey plan üzrə getsə, akedmiya məhz burada açılacaq. Keçmiş "Şəfa"nın ərazisində otelin olması da işləri asanlaşdırır. Yeganə problem stadionun borca görə hələ də girovda olmasıdır.