
“Barselona” 9-cu dəfə bir mövsümdə ölkə çempionatı və kubokunun qalibi oldu
- 16 May 2025 14:20
- 47
"Barselona" klubu tarixində doqquzuncu dəfə eyni mövsümdə həm İspaniya çempionluğunu, həm də kubokunu qazanıb.
Rekord.az xəbər verir ki, Kataloniya təmsilçisi buna La Liqanın XXXVI turunda səfərdə "Espanyol"u (2:0) ilə məğlub etməklə nail olub.
Komanda qələbə sayəsində 28-ci çempionluğunu rəsmiləşdirib. "Barselona" aprelin 26-da İspaniya Kubokunun finalında "Real"a əlavə vaxtda 3:2 hesabı ilə qalib gəlib.
Katalonlar 1951/1952, 1952/1953, 1958/1959, 1997/1998, 2008/2009, 2014/2015, 2015/2016 və 2017/2018 mövsümlərində də ölkə çempionu olub və kuboka sahib çıxıb.
Qeyd edək ki, "Barselona" 2024/2025 mövsümündə İspaniya Superkubokunu da qazanıb.