
"Baku Sportinq"dən Elman Sultanov açıqlaması
- 24 İyn 2025 19:10
- 212
Bu gün mətbuatda "Baku Sportinq"in baş məşqçi Elman Sultanovla yollarını ayırmasına dair məlumat yayılıb.
Rekord.az məsələ ilə bağlı I Liqa təmsilçisinin mətbuat xidmətindən münasibət öyrənib.
Saytımıza açıqlama verən klubun mətbuat xidmətinin rəhbəri Araz Əhmədov yayılan məlumatı təkzib edib: "Səhv məlumatdı, qətiyyən belə şey yoxdur. Elman Sultanov hazırda işinin başındadır və işinə davam edir".
Qeyd edək ki, "Baku Sportinq" bu yaxınlarda Sultanovla 6 illik müqavilə imzalayıb.