Bakıda Dünya Kuboku start götürüb
- 14:00
- 32
Bakıda batut gimnastikası və tamblinq üzrə Dünya Kuboku, "AGF Trophy" yarışı start götürüb.
Rekord.az xəbər verir ki, Milli Gimnastika Arenasında təşkil olunan yarışda Azərbaycan təmsilçiləri ilə yanaşı, Qazaxıstan, Polşa, Türkiyə, ABŞ-dən olan və neytral idmançılar mübarizə aparırlar.
Gimnastlar fərdi və sinxron proqramlar üzrə yarışırlar.
Qeyd edək ki, turnir fevralın 22-də başa çatacaq.