
Bakıda dünya çempionatının açılış mərasimi keçirilib
- 21 May 2025 20:40
- 33
Bakıda minifutbol üzrə dünya çempionatının açılış mərasimi keçirilib.
Rekord.az xəbər verir ki, tədbirdə Azərbaycan Minifutbol Federasiyasının (AMF) prezidenti Orxan Məmmədov, Dünya Minifutbol Federasiyasının prezidenti Filip Cuda və digər rəsmi şəxslər iştirak ediblər.
Əvvəlcə Azərbaycanın Dövlət Himni səsləndirilib.
Ardınca müxtəlif musiqi sədaları altında maraqlı şoular arenaya toplaşan tamaşaçıların zövqünə oxşayıb. Fransalı məşhur fristayler, bu növdə dünya çempionu olmuş Arno Qarnye öz səhnə performansı ilə diqqət çəkib. Daha sonra Türkiyəli məşhur müğənni Aleyna Tilki və Azərbaycanın Xalq artisti Aygün Kazımova öz nəğmələri ilə çıxış ediblər.
Bu gün start götürmüş mundiala iyunun 1-də yekun vurulacaq.