
Bakıda DÇ ilə ələqədar “Fan Zona”nın açılışı olub
- 16 May 2025 16:40
- 49
Mayın 21-dən iyunun 1-nə qədər Bakıda minifutbol üzrə dünya çempionatı təşkil olunacaq.
Rekord.az xəbər verir ki, bununla əlaqədar mayın 15-də Dənizkənarı Bulvar ərazisində “Fan Zona”nın açılış mərasimi olub.
Açılış mərasimində Gənclər və İdman naziri Fərid Qayıbov, Azərbaycan Minifutbol Federasiyasının prezidenti Orxan Məmmədov və digər rəsmi şəxslər, o cümlədən “Yaşat” fondunun nümayəndələri, şəhid övladları, minifutbol üzrə milli komandamızın üzvləri, şəhərimizin qonaqları iştirak ediblər. Gənclər və İdman naziri Fərid Qayıbov və Azərbaycan Minifutbol Federasiyasının prezidenti Orxan Məmmədov burada iştirak edən minifutbol üzrə milli komandamızın üzvləri ilə görüşüb və onlara mötəbər yarışlarda uğurlar arzulayıb. Daha sonra şəhid övladlarına hədiyyələr təqdim olunub, sonda xatirə şəkli çəkdirilib.
Qeyd edək Fan Zona mayın 31-nə qədər fəaliyyətini davam etdirəcək. Burada müxtəlif atraksionlar və əyləncə bölmələri təşkil olunacaq və zonanın fəaliyyəti haqqında iştirakçılara ətraflı məlumat veriləcək. “Fan Zona”da azarkeşlər üçün müxtəlif müsabiqələr təşkil olunacaq, qaliblərə isə millimizin də oyunları daxil olmaqla, mundialın müxtəlif qarşılaşmalarına biletlər təqdim olunacaq.