Bakıda atletika üzrə beynəlxalq yarış təşkil olunacaq
- 14:20
- 26
Bakıda atletika üzrə beynəlxalq yarış keçiriləcək.
Rekord.az xəbər verir ki, bu barədə Azərbaycan Atletika Federasiyası məlumat yayıb.
Beynəlxalq qış turniri yanvarın 30-da Dünya Atletikası (World Athletics), Gənclər və İdman Nazirliyi, Azərbaycan Atletika Federasiyası və “Athletics Club” tərəfindən Bakı Atletika Mərkəzində baş tutacaq.
Yarışda 60 m məsafəyə qaçış, uzunluğa tullanma və üçtəkanla tullanma növündə U-18 və böyük yaş qrupu iştirak edəcək.