Ölkəmizi kişi voleybolçular arasında avrokubokda təmsil edən "Murov" klubunun növbəti mərhələdəki rəqibi bəlli olub. "Rekord.az" xəbər verir ki, "Challenge Cup"da mübarizə aparan komandamızın 1/8 finaldakı rəqibi Niderlandın "Orion" kollektivi olub. 

Rəqibimiz 1/16 finalda Lüksemburqun "Stroosen" klubunu üstələməklə növbəti mərhələyə yüksəlib. "Murov" isə 1/8 finala vəsiqəni Avstriyanın "Holding Graz" klubunu hər iki görüşdə məğlub edərək qazanıb. 

Təmsilçimiz bu mərhələdəki ilk görüşünü dekabrın ilk günlərində Bakıda keçirəcək. Qarşılaşmanın dəqiq tarixi qarşıdakı günlərdə bəlli olacaq.