Bakının qadın voleybolçulardan ibarət "AZERRAIL" klubu avrokubokda son qarşılaşmasını keçirib. "Rekord.az" xəbər verir ki, "Challenge cup"da çıxış edən komandamız 1/16 finalda İspaniyanın "Avarca de Menorca" klubu ilə üz-üzə gəlib. 

İlk görüşdə 3:1 hesabı ilə qalib gəlmiş təmsilçimiz cavab matçında iki set qazanmalı idi. Lakin ispanlar komandamıza buna imkan verməyiblər və quru hesabla qələbə qazanıblar. Cütün taleyinə isə Qızıl setdə aydınlıq gəlib. Bu setdə də daha üstün olan rəqib meydandan qalib ayrılıb.

Beləliklə, "AZERRAIL" avrokubokda mübarizəni 1/16 finalda dayandırıb.

 

Challenge cup

15 noyabr  

1/16 final mərhələsi (cavab oyunu)

"Avarca de Menorca” - “AZERRAIL" 3:0 (25-20, 25-23, 25:17)

Qızıl set - 15:11

İlk oyunun nəticəsi

“AZERRAİL” - “Avarca de Menorca” 3:1 (23:25, 25:15, 25:19, 25:23)