Qadın voleybolçulardan ibarət "Azərreyl" klubu avrokubokda mübarizəyə başlayıb. "Rekord.az" xəbər verir ki, ölkəmizi "Challenge Cup"da təmsil edən komandamız 1/32 final mərhələsində Slovakiyanın "Slavia" klubu ilə qarşılaşıb.

Tərəflərin qarşılıqlı razılığına əsasən hər iki oyun Bakıda baş tutur. Bu gün keçirilən ilk görüşdə komandamız rəqibə yalniz bir setdə sevinmək imkanı verib. 4 hissə davam edən matçda "Azərreyl" 3:1 hesablı qələbəni bayram edib.
Qeyd edək ki, cütün cavab oyunu noyabrın 30-da Voleybol Mərkəzində keçiriləcək.

"Challenge Cup"
1/32 final
   "Slavia" (Slovakiya) - "Azərreyl" (Azərbaycan) 1:3 (20:25, 19:25, 25:19, 20:25)