
“Bahar turniri”nə yekun vuruldu
- 21 May 2025 21:20
- 28
AFFA və Azərbaycan Əlillər Futbolu Federasiyasının birgə təşkilatçılığı ilə eşitmə məhdudiyyətlilər arasında futzal üzrə ənənəvi “Bahar turniri”nə yekun vurulub.
Rekord.az xəbər verir ki, Bakı İdman Sarayında təşkil edilən yarışın qalibi “Ümid” komandası olub.
“Azəri” ikinci, “Bakı” isə üçüncü yeri tutub. Turnirin sonunda komandalar mükafatlandırılıblar.
Həmçinin fərdi mükafatlar təqdim edilib. İbad Muxtarov (“Azəri”) 9 qolla yarışın ən məhsuldar oyunçusu olub. Murad Novruzzadə (“Ümid”) ən yaxşı qapıçı seçilib. Turnirin ən yaxşı futbolçusu adına isə Novruzəli Həsənov (“Ümid”) layiq görülüb.