Naxçıvvan MR-nın Babək rayonunda maraqlı voleybol matçı baş tutub.

Rekord.az xəbər verir ki, yarışda rayonun Hacıvar və Payız kənd tam orta məktəblərinin qız şagirdləri üz-üzə gəlib.

Yoldaşlıq görüşü xarakteri daşıyan və Hacıvar kənd tam orta məktəbinin idman zalında keçirilən qarşılaşmada qonaq komanda 3:1 hesablı qələbə əldə edib. Sonda hər iki komandaya fəxri fərman təqdim edilib.