Bu gün start götürən qadın voleybolçular arasında Azərbaycan çempionatında "Azərreyl" və "UNEC" üz-üzə gəliblər. "Rekord.az" xəbər verir ki, ölkəmizi avrokubokda təmsil etmiş flaqman Yüksək Liqaya qələbə ilə başlayıb.

Görüşün əvvəlindən üstünlüyü ələ alan "Azərreyl" universitet komandasına heç bir şans verməyib və 2:0 hesabı ilə irəli keçib. Növbəti hissədə ehtiyat voleybolçularla oynayan "Azərreyl" əsasən gənclərdən təşkil olunmuş "UNEC"in ciddi müqaviməti ilə üzləşsə də, seti qalib başa vura bilib və qarşılaşmadan quru hesablı qələbə ilə ayrılıb.

Yüksək Liqa (qadınlar)
22 dekabr
I tur

   "Azərreyl" - "UNEC" 3:0 (25:9, 25:17, 26:24)