Qadın voleybolçulardan ibarət "Azərreyl" klubu Çelenc kubokunda növbəti mərhələyə yüksəlib. "Rekord.az" xəbər verir ki, komandamızın 1/32 finalda rəqibi Ukraynanın "SC Balta" klubu olub.

Bu gün cütün cavab matçı baş tutub. Dünən keçirilən ilk oyunda 3:0 hesabı ilə qələbə qazanmış "Azərreyl" rəqibini yenə eyni hesabla məğlub edib. Bununla da təmsilçimiz hər iki görüşdə rəqibini üstələyərək 1/16 finala vəsiqə qazanıb.

Növbəti mərhələdə "Azərreyl" İspaniyanın "Avarca de Menorca" klubu ilə üz-üzə gələcək. Oyunlar noyabr ayında baş tutacaq.

Çelenc kuboku
1/32 final
18 oktyabr
2-ci oyun

   "SC Balta" - "Azərreyl" 0:3 (23:25, 15:25, 19:25)
1-ci oyunun nəticəsi
   "Azərreyl" - "SC Balta" 3:0 (25:18, 25:18, 25:18)