Azərbaycanlı hakimlərə beynəlxalq təyinat
- 18:22
- 37
Azərbaycanın beynəlxalq dərəcəli həndbol hakimləri Emil və Ernest Ağakişi qardaşları növbəti təyinatlarını alıblar.
Rekord.az xəbər verir ki, onlar kişilər arasında Avropa Kubokunun üçüncü mərhələsinin "Nilüfer Bələdiyyəspor" (Türkiyə) - "Red Boys" (Lüksemburq) matçında ədaləti təmsil edəcəklər.
Qarşılaşmada Avropa Həndbol Federasiyasının (EHF) nümayəndəsi yunanıstanlı Konstantinos Katsikis olacaq.
Görüş noyabrın 16-da Bursa şəhərinin "Nilüfər Bələdiyyə" İdman Kompleksində keçiriləcək.