Bu gün III MDB Oyunları çərçivəsində Gəncə İdman Sarayında güllə atıcılığı üzrə yarışlara yekun vurulub.


Rekord.az xəbər verir ki, azərbaycanlı güllə atıcısı Vladislav Kalmıkov 10 metr məsafəyə pnevmatik tapançadan solo yarışda gümüş medal qazanıb.


Bundan başqa, Xanna Əliyeva 10 metr məsafəyə pnevmatik tapançadan solo yarışda üçüncü olub.


Qeyd edək ki, daha öncə Xanna Əliyeva gümüş medal da qazanmışdır.


Beləliklə, idmançılarımız turniri 3 medalla başa vurublar.