"Hər şeydən əvvəl qazandığımız xallardan və komandadakı fantastik ab-hava məni qane edir. Axmaq qol buraxdıq. Demək olar ki, heç nədən penalti oldu. Penalti vurulsa da, nəyisə dəf edəcəyinə, əlverişsiz vəziyyətdən çıxacağına və arzuolunan nəticəyə nail olacağına inandıqda hədəfə doğru gedərək qalib olacaqsan. Bəlkə də belə daha şirin qələbədir".

Rekord.az xəbər verir ki, bu sözləri  Serbiya yığmasının futbolçusu Uroş Spayiç DÇ-2022-nin seçmə mərhələsində səfərdə Azərbaycana 2:1 hesabı ilə qalib gəldikləri oyundan sonra "Republika" nəşrinə müsahibəsində deyib.

O,  qazandıqları 3 xaldan məmnunluğunu ifadə edib: "Seçmə mərhə öncəsi bizə 3 oyuna 7 xal toplamalı olduğumuzu desəydilər, əlbəttə, bununla könülsüz razılaşacaqdıq".