Qadın basketbolçulardan ibarət Azərbaycan millisi 2027-ci ildə keçiriləcək Avropa çempionatının seçmə mərhələsində növbəti oyununa çıxıb.


Rekord.az xəbər verir ki, Evren Alkayanın baş məşqçisi olduğu kollektiv səfərdə Monteneqro ilə üz-üzə gəlib.


Matç rəqibin 94:35 hesablı qələbəsi ilə yekunlaşıb.


Azərbaycan yığması daha əvvəl Bolqarıstana hər iki oyunda (48:141, 40:120), Monteneqroya (62:104) və Ukraynaya (34:98) məğlub olub.


Yığmamız martın 17-də Bakıda Ukrayna ilə qarşılaşacaq.