“Mübarizəmizi sona kimi davam etdirəcəyik” - Qurban Qurbanov
- 22:20
- 40
“Qarabağ” bu gün Misli Premyer Liqasının 24-cü turunda “Zirə”nin qonağı olub.
Rekord.az xəbər verir ki, Zirə Olimpiya Kompleksinin meydançasında keçirilən oyundan sonra “köhlən atlar”ın baş məşqçisi Qurban Qurbanovun mətbuat konfransı olub. Qurbanov 3:1 hesabı ilə qalib gəldikləri oyunu belə şərh edib:
“Futbolçularımı təbrik edirəm. Meydanda yaxşı mübarizə oldu. Çox vacib oyun idi. Qarşımızda yaxşı komanda var idi. Sonadək mübarizə apardılar. Ümumən, maraqlı oyun alındı. Azarkeşlərə də təşəkkür edirəm. Şəhərdən qıraqda olmasına baxmayaraq, stadiona gəlmişdilər.
Özüm də daxil olaraq, çox yüklənmişdik. Qarşıda hələ də sıx qrafik var. Futbolçular çox yorğun idi. Amma zaman keçdikcə bərpa olunurlar. İnanıram ki, bundan sonrakı oyunlarda daha yaxşı çıxış edəcəyik. Formada olmayan oyunçularımız var.
Kamilo Duran bacarıqlı futbolçudur. Milliyə çağırılmasına sevinirik.
Kuaku intizamlı futbolçu idi. Çox çalışırdı. Oyun dəqiqələri az idi və daha çox oynamaq istəyirdi. Mənə dedi və biz də qarşısını kəsmədik.
“Qalatasaray”a UEFA Çempionlar Liqasında “Liverpul”la matçda bol-bol uğurlar arzulayırm. Oradakı stadionda oynamaq asan deyil. Amma “Qalatasay”ın da keyfiyyətli oyunçuları var.
Hazırda “Sabah” çox yaxşı formadadır. İstənilən rəqiblə mübarizə apara bilərlər. Biz də mübarizəmizi sona kimi davam etdirəcəyik”.