"Kəpəz" Futbol Akademiyasında projektorlar işə salındı - FOTOLAR
- 14:27
- 39
"Kəpəz" Futbol Akademiyasında projektorların quraşdırılması işləri yekunlaşıb.
Rekord.az xəbər verir ki, bununla da futbolçular üçün axşam saatlarında məşq etmək imkanı yaradılıb.
İşıqlandırılmış meydanda ilk məşqi isə U-15 komandamız keçirib. Gənc futbolçular yeni şəraitdə böyük həvəslə məşq edərək məşqçilərin tapşırıqlarını yerinə yetiriblər.
Məşq prosesini klubun icraçı direktoru Ruslan Məmmədov və Akademiyanın koordinatoru Vasif Vəliyev də izləyiblər.
Akademiyada aparılan bu yeniliklər gənc futbolçuların daha yaxşı şəraitdə yetişməsi və gələcək uğurlar üçün vacib addımlardan biridir