“Sabah”dan darmadağın
- 17:00
- 33
Misli Premyer Liqasında 24-cü turun oyunları keçirilir.
Rekord.az xəbər verir ki, ikinci oyun günündə əvvəlcə, “İmişli” lider “Sabah”ı qəbul edib. Qubada keçirilən oyunun baş hakimi Rauf Cabbarov olub. Paytaxt təmsilçisi növbəti darmadağına sevinib.
Turun mərkəzi oyununda isə “Zirə” son çempion “Qarabağ”la qarşılaşacaq. Oyunu Fərid Hacıyev idarə edəcək.
Daha öncə keçirilmiş oyunlarda “Araz-Naxçıvan” “Karvan-Yevlax”a (2:1), “Şamaxı” “Sumqayıt”a (1:0) qalib gəlib. “Kəpəz” – “Turan Tovuz” və “Qəbələ” – “Neftçi” matçları isə sabah keçiriləcək.
Misli Premyer Liqası
24-cü tur
14 mart
“İmişli” – “Sabah” 0:5
Qollar: Stiv Solvet, 10. Coy Lens Mikels, 15-pen; 35. Kahim Parris, 49. Aleksey İsayev, 73-pen.
Hakimlər: Rauf Cabbarov, Akif Əmirəli, Şirmamed Mamedov, Alik Yunusov.
Quba Olimpiya İdman Kompleksinin stadionu. 15:00.
İmişli: 33. Andrey Sinenka, 19. Azər Salahlı (k), 5. İdris İnqilablı, 44. Həzrət İsayev, 94. Rafael Vyeqas, 10. Nikola Karaklaiç, 29. Edvin Banqera, 9. Dioqo Almeyda, 23. Dioqo Rollo, 17. Ezekiel Morqan, 7. Luis Silvestr.
Ehtiyat oyunçular: 1. Hüseynəli Quliyev, 21. Abbas Ağazadə, 97. Xəzər Mahmudov, 3. Tuncay Yusifli, 30. Xəlil Mürsəlli, 20. Nazim Hüseynov, 79. Dioqo Kardoso.
Baş məşqçi: Xorxe Kaskilya.
Sabah: 92. Stas Pokatilov (k), 10. Aleksey İsayev, 5. Rəhman Daşdəmirov, 20. Coy Lens Mikels, 80. Akim Zedadka, 3. Stiv Solvet, 70. Jesse Sekidika, 27. Timoteuş Puxaç, 13. İvan Lepinitsa, 11. Kahim Parris, 7. Umarali Rahmonaliyev.
Ehtiyat oyunçular: 94. Rəvan Mirzəmmədov, 12. Rauf Əyyubov, 17. Tellur Mütəllimov, 2. Amin Seydiyev, 6. Abdulla Xaybullayev, 9. Xəyal Əliyev, 89. Cəfər Muxtarov, 21. Velko Simiç, 40. İqor Noqeyra, 22. Zinedin Uld Xaled, 53. Andrey Santos, 83. Stefen Ende.
Baş məşqçi: Valdas Dambrauskas.