Latviyanın paytaxtı Riqa şəhərində keçirilən veteranlar arasında Avropa Kubokunda Azərbaycan cüdoçuları 2 qızıl, 1 gümüş və 2 bürünc medal qazanıblar.

Rekord.az xəbər verir ki, Azərbaycan cüdoçuları medal əyarına görə ümumi hesabda və kişilər arasında isə 3-cü yeri tutublar.

M1 yaş kateqoriyası 
-100 kq
İmran İmanov - qızıl medal

M2 yaş kateqoriyası
-81 kq
Vüqar Əliyev - bürünc medal
-90 kq
İlham Heydərov - 5-ci yer

M4 yaş kateqoriyası 
-90 kq
Mahir Ağamirzəyev - bürünc medal
+100 kq
Zaur Bağırov - qızıl medal

M7 yaş kateqoriyası 
-90 kq
Nazim Əliyev - gümüş medal