Azərbaycanın stolüstü tennis millisi İslamiadanın yarımfinalında!
- 09 Noy 2025 22:15
- 28
Azərbaycanın qadınlardan ibarət stolüstü tennis millisi Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda keçirilən VI İslam Həmrəyliyi Oyunlarında yarımfinala yüksəlib.
Rekord.az xəbər verir ki, yığmamız 1/4 finalda Maldiv adaları kollektivi ilə qarşılaşıb.
Görüş təmsilçimizin qələbəsi ilə yekunlaşıb - 8:3.
Minimum bürünc medalı təmin edən Azərbaycan yığması sabah yarımfinalda Misir millisi ilə qarşılaşacaq.