Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda keçirilən 6-cı İslam Həmrəyliyi Oyunlarının bağlanış mərasimində Azərbaycanın bayraqdarları bəlli olub.


Bu barədə Rekord.az-a Milli Olimpiya Komitəsindən məlumat verilib.


Bağlanış mərasimində Azərbaycan bayrağını yunan-Roma güləşçisi Həsrət Cəfərov və qılıncoynatma yığmasının üzvü Səbinə Kərimova daşıyacaq.


Qeyd edək ki, noyabrın 4-də start götürən İslamiada bu gün başa çatacaq.