18 yaşadək qız basketbolçulardan ibarət Azərbaycan millisi ilk dəfə Avropa çempionatının B divizionunda mübarizə aparacaq.


Rekord.az xəbər verir ki, B divizionunun matçları iyulun 4-13-ü aralığında Litvanın Vilnüs və Alitus şəhərlərində təşkil olunacaq. 


Azərbaycan yığması C qrupunda Bosniya və Herseqovina, Kosovo, Ukrayna, İslandiya və Litva millilərinə qarşı mübarizə aparacaq.


Türkiyəli mütəxəssis Evren Alkayanın rəhbərlik etdiyi millinin qrupdakı ilk oyunu iyulun 4-də Bosniya və Herseqovina yığmasına qarşı olacaq.


16 yaşadək qız basketbolçulardan ibarət Azərbaycan millisi də ilk dəfə Avropa çempionatının B divizionunda mübarizə aparacaq.


B divizionunun matçları avqustun 20-29-u aralığında Türkiyənin İstanbul şəhərində baş tutacaq. 


Azərbaycan yığması B qrupunda İsveç, Niderland, Slovakiya və Lüksemburq millilərinə qarşı mübarizə aparacaq.


Türkiyəli mütəxəssis Evren Alkayanın rəhbərlik etdiyi komanda qrupda ilk oyununu avqustun 20-də İsveçə qarşı keçirəcək.