Azərbaycanın iki karateçisi İslamiadada bürünc medal qazandı
- 11 Noy 2025 22:07
- 206
Azərbaycanın iki karateçisi Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda keçirilən 6-cı İslam Həmrəyliyi Oyunlarında medal qazanıb.
Rekord.az xəbər verir ki, Roman Heydərov kata növündə üçüncü olub.
Mədinə Sadıqova da üçüncü yer uğrunda görüşdə pakistanlı rəqibi Laiba Zianı məğlub edərək fəxri kürsünün üçüncü pilləsinə qalxıb.
İslamiada noyabrın 21-də başa çatacaq.