Avstraliyanın Pert şəhərində 10-11 noyabrda cüdo üzrə Açıq Okeaniya turniri keçiriləcək.

Rekord.az xəbər verir ki, turnirdə 64 ölkədən 299 idmançı iştirak edəcək.

Azərbaycan yarışda qadınlar və kişilər arasında 5 çəki dərəsində 8 cüdoçu ilə təmsil olunacaq.

Cüdoçularımıza böyüklərdən ibarət yığmanın böyük məşqçisi Elçin İsmayılov və qadınlardan ibarət yığmanın məşqçisi Elnur İsmayılov rəhbərlik edəcək.

Qadınlar

-52 kq. 
Gültac Məmmədəliyeva 
Aydan Vəliyeva 
-57 kq.
Fidan Əlizadə

Kişilər

-66 kq. 
Kamran Süleymanov 
-73 kq. 
Rəşid Məmmədəliyev 
Nurlan Osmanov 
-90 kq. 
Murad Fətiyev 
Elcan Hacıyev