Qazaxıstanın Aktau şəhərində 7-8 oktyabrda cüdo üzrə Açıq Asiya turniri keçiriləcək.

Rekord.az xəbər verir ki, turnirdə 10 ölkədən 244 idmançı iştirak edəcək.

Azərbaycan yarışda 7 çəki dərəsində 14 cüdoçu ilə təmsil olunacaq.

Cüdoçularımıza böyüklərdən ibarət yığmanın böyük məşqçiləri Mehman Əzizov və Slavko Tekiç, böyük performans analitik Zaur Babayev rəhbərlik edəcək.

-60 kq. 
Nurlan Kərimli 
Babarahim Mirzəyev 

-66 kq. 
Qasım Vəlizadə 
Rəşad Yelkiyev 

-73 kq. 
Nəriman Mirzəyev 
Rüfət Şövlətov 

-81 kq. 
Məmmədrza Hacızadə 
Məhərrəm İmamverdiyev 

-90 kq. 
İbrahim Ağakişiyev 
Əjdər Bağırov 
Musa Hüseynli 

-100 kq. 
Ruslan Nəsirli 

+100 kq. 
Camal Feyziyev 
İmran Yusifov