Azərbaycanı DÇ-də təmsil edəcək cüdoçular müəyyənləşdi
- 2024-05-14 16:20
- 240
Azərbaycanı Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə keçiriləcək dünya çempionatında təmsil edəcək cüdoçular müəyyənləşib.
Rekord.az xəbər verir ki, 100-dən çox ölkədən 700-ə yaxın idmançının iştirak edəcəyi yarışda millimiz 8 çəki dərəsində 9 kişi və 2 qadın ilə təmsil olunacaq.
Gültac Məmmədəliyeva və Aydan Vəliyeva (hər ikisi 52 kq) zədəli olduqlarına görə yığmanın tibbi heyətinin qərarına əsasən turnirə qatılmayacaqlar.
Mundialda cüdoçularımız böyüklərdən ibarət yığmanın baş məşqçisi Riçard Trautman və qadınlardan ibarət millini çalışdıran Rəşad Məmmədovun rəhbərliyi altında çıxış edəcəklər.
Qadınlar
48 kq
Leyla Əliyeva
57 kq
Acelya Toprak
Kişilər
60 kq
Balabəy Ağayev
Turan Bayramov
66 kq
Yaşar Nəcəfov
Kamran Süleymanov
73 kq
Hidayət Heydərov
81 kq
Zelim Tçkayev
90 kq
Elcan Hacıyev
Vüqar Talıbov
100 kq
Zelim Kotsoyev
Qeyd edək ki, dünya çempionatı mayın 19-23-ü aralığında gerçəkləşəcək.