Litvanın Kaunas şəhərində 13-14 mayda gənclər arasında Avropa kuboku keçiriləcək.

Rekord.az xəbər verir ki, turnirdə 16 ölkədən 190 idmançı iştirak edəcək. 

Azərbaycan yarışda 6 çəki dərəsində 7 qız cüdoçu ilə təmsil olunacaq.

Cüdoçulara gənc qızlardan ibarət yığmanın məşqçisi Vüqar Hüseynov rəhbərlik edəcək.

-48 kq.
Leyla Dəmirova 

-52 kq. 
Rita Əliyeva 

-57 kq.
Gülnarə Bayramova 
Nuray Quliyeva 

-70 kq.
Pərvanə Abdullayeva 

-78 kq.
Nərmin Əmirli 

+78 kq.
Nigar Süleymanova