Azərbaycanda daha bir stadion baxımsız duruma düşüb.

Rekord.az xəbər verir ki, söhbət Oğuz stadionundan gedir.

İki tərəfli tribunası olan stadionun tutumu təxminən 3 min nəfərə yaxındı. Uzun müddətdir ki, təmir olunmur, bütün oturacaqlar demək olar ki, sındırılıb, yararsız vəziyyətə düşüb. Ara-sıra rayon səviyyəli tədbirlər, məktəb tədbirləri keçirilsə də, ümumilikdə, təyinatı üzrə  istifadəyə yararsız durumdadır.