Bu gün 19 yaşadək futbolçulardan ibarət milli komandalar arasında Avropa çempionatının 2026/2027-ci illər mövsümü üzrə II seçmə mərhələsinin püşkü atılıb.


Rekord.az xəbər verir ki, püşkatma mərasimində Azərbaycan millisinin rəqibləri müəyyənləşib.


B Liqasının 1-ci qrupunda yer alan U-19 Serbiya, Monteneqro və Farer adaları yığmaları ilə mübarizə aparacaq.


Qrup mərhələsinin oyunları 11-17 noyabr aralığında Serbiyada keçiriləcək.