18 yaşadək qız basketbolçulardan ibarət Azərbaycan millisinin Belarusun paytaxtı Minskdəki təlim-məşq toplanışı yekunlaşıb.


Rekord.az xəbər verir ki, yığmamız toplanışda 6 yoxlama oyunu keçirib.


Milli yerli "Rquor" (84:39), "Rquor 2" (80:30) komandalarına qalib gəlib. "Horizont"a (40:68, 53:65) və "Viktoriya"ya (49:53, 62:68) hər iki qarşılaşmada uduzub.


Qeyd edək ki, Minsk toplanışında əsas məqsəd iyulun 4-13-ü aralığında Litvanın Alitus və Vilnüs şəhərlərində baş tutacaq Avropa çempionatının B divizionunun oyunlarına hazırlaşmaq olub.