Azərbaycanın çövkən yığması III MDB Oyunlarında finala yüksəlib.


Rekord.az xəbər verir ki, yarımfinalda milli komanda Qazaxıstanla üz-üzə gəlib.


Şəki şəhər stadionunda baş tutan görüş Azərbaycan komandasının 5:1 hesablı qələbəsi ilə başa çatıb.


Yığma qrupdakı ilk oyunda Qırğızıstan üzərində 4:0, Küveyt üzərində isə 5:0 hesabı ilə qələbə qazanmışdı.


Azərbaycanın finaldakı rəqibi bu gün keçiriləcək Qırğızıstan - Özbəkistan oyunundan sonra bəlli olacaq.


Qeyd edək ki, çövkən yarışına oktyabrın 7-də yekun vurulacaq.