Azərbaycan UEFA reytinqində mövqeyini qorudu
- 29 Noy 2024 14:00
- 71
Azərbaycanın UEFA reytinqində mövqeyi dəyişməyib.
Rekord.az xəbər verir ki, ötən gün Avropa Liqasının Liqa mərhələsinin 5-ci turunda Lion “Olimpik”inə (Fransa) 1:4 hesabı ilə məğlub olan "Qarabağ" ölkənin əmsalına fayda verə bilməyib.
Buna baxmayaraq, Azərbaycan 19.625 əmsalla 27-ci yerdə qalıb. Reytinq cədvəlində 26-cı pillədə Rumıniya (20.375) qərarlaşıb.
Qeyd edək ki, 55 ölkənin yer aldığı siyahıya İngiltərə (97.035) başçılıq edir.