III MDB Oyunları çərçivəsində Gəncə İdman Sarayında qılıncoynatma üzrə yarışlar bitib.


Rekord.az xəbər verir ki, qılıncoynatmanın şpaqa növü üzrə oğlanlardan ibarət Azərbaycan millisi finalda Rusiyaya uduzub (45:35) və gümüş medal qazanıb.


Sablya növü üzrə qızlardan ibarət ikinci komandamız yarımfinalda Rusiyaya (18:45) uduzub və bürünc medala sahib çıxıb.Qızlardan ibarət əsas komda isə yarımfinalda Özbəkistana qalib gəlib – 45:37.


Finalda Rusiya ilə qarşılaşan millimiz 35:45 hesabı ilə uduzub və yarışı ikinci yerdə bitirib.


Xatırladaq ki, daha öncə qılıncoynadanlarımız 6 bürünc medal qazanmışdı.


Beləliklə, MDB Oyunlarında qılıncoynatma yarışlarına yekun vurulub.