Azərbaycan paralimpiyaçıları üçün Qazaxıstan sınağı
- 13:30
- 36
Azərbaycanın boccia idman növü üzrə paralimpiyaçıları Qazaxıstanın Aktau şəhərində keçirilən türkdilli dövlətlər arasında beynəlxalq turnirdə çıxış edəcəklər.
Bu barədə Rekord.az-a Milli Paralimpiya Komitəsindən məlumat verilib.
Yarışda kişi paralimpiyaçılardan Nəriman Pirquliyev (BC1), Orxan Kərimov BC2), Bəhruz Mirzəyev (BC4) və Zaur Veysəlov (BC4), qadınlardan isə Sona Ağayeva (BC2) ilə Günel Rzazadə (BC4) mübarizə aparacaqlar.
Turnirdə ölkəmiz ilə yanaşı, Qazaxıstan, Türkiyə, Özbəkistan və Qırğızıstan idmançıları da mübarizə aparacaqlar.
Qeyd edək ki, bu gün start götürən yarış oktyabrın 31-də başa çatacaq.