Azərbaycan oxatanı AÇ-də beşinci oldu
- 17:40
- 32
Bolqarıstanın Plovdiv şəhərində keçirilən qapalı məkanda kamandan oxatma üzrə Avropa çempionatında Azərbaycan təmsilçisi Fatimə Hüseynli beşinci yeri tutub.
Rekord.az Azərbaycan Kamandan Oxatma Federasiyasına istinadən xəbər verir ki, gənclər (U-21) kateqoriyasında mübarizə aparan idmançı klassik növdə təsnifat mərhələsini 567 xalla 12-ci sırada tamamlayaraq pley-offa yüksəlib.
Avropa çempionatının 1/4 finalında mübarizəni dayandıran F.Hüseynli yekunda beşinci pilləni tutub.