Voleybolçu qadınlardan ibarət Azərbaycan millisinin yeni baş məşqçisinin adı bəlli olub. “Rekord.az” xəbər verir ki, bu posta yenidən Faiq Qarayev gətirilib.

Bu barədə Azərbaycan Voleybol Federasiyasının bu gün keçirilən illik hesabatına həsr olunmuş mətbuat konfransında məlumat verilib. Təcrübəli mütəxəssisin yığmamızın çalışdırıcısı təyin olunduğunu qurumun prezidenti Şahin Bağırov açıqlayıb.

Daha sonra Faiq Qarayevə Azərbaycan millisinin simvolik forması təqdim olunub.