Azərbaycan millisinin Avropa çempionatının seçmə mərhələsi üçün heyəti açıqlandı
- 19:30
- 34
Azərbaycanın kişilərdən ibarət basketbol yığmasının baş məşqçisi Tahir Baxşıyev AÇ-2029-un ilkin seçmə mərhələsində İrlandiya və Şimali Makedoniya ilə oyunlar üçün geniş heyəti açıqlayıb.
Rekord.az Azərbaycan Basketbol Federasiyasının mətbuat xidmətinə istinadən xəbər verir ki, heyətdə "Sabah"dan dörd, "Neftçi", "Gəncə", "Şəki" və "Abşeron Lions"dan iki, "Ordu", "NTD" və İspaniyanın "Tenerife" klubundan isə bir oyunçu yer alıb.
Milliyə Amil Həmzəyev, Əkbər Məmmədov (hər ikisi "Neftçi"), Emmanuel Aqbason, Endar Poladxanlı, Şirzad Şirzadov, Kamran Məmmədov (hamısı "Sabah"), Ulaş Turqut, Cəbrayıl Əkbərov (hər ikisi "Gəncə"), Elşad Şirzadov ("Ordu"), Vesli Van Bek "Tenerife"), Derin Berkoz (NTD), Rəşid Abbasov, Ercan Donat (hər ikisi "Şəki"), İsmayıl Abdullayev və Saadettin Donat (hər ikisi "Abşeron Lions") dəvət olunublar.
Əkbər Məmmədov və İsmayıl Abdullayev geniş heyətə daxil edilsələr də, zədə səbəbindən təlim-məşq toplanışını davam etdirə bilməyiblər.