
Azərbaycan millisindən Özbəkistanla heç-heçə
- 17 Avq 2022 23:59
- 442
Özbəkistanın paytaxtı Daşkənddə təlim-məşq toplanışını başa vuran 16 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi hazırlıq çərçivəsidə növbəti yoxlama matçını keçirib.
Rekord.az xəbər verir ki, millimiz bu ölkənin müvafiq yaş qrupundan ibarət yığma komandası ilə qarşılaşıb. Oyun 0:0 hesabı ilə nəticələnib.
Azərbaycan yığması bu rəqiblə ilk oyundan 0:4 hesablı məğlubiyyətlə ayrılmışdı.