
Azərbaycan millisi yarımfinala yüksəldi
- 07 İyn 2025 23:58
- 31
Azərbaycanın qadınlardan ibarət 3x3 basketbol millisi Avropa Kubokunun yarımfinalına yüksəlib.
Rekord.az xəbər verir ki, yığmamız turnirin təsnifat mərhələsinin qrup oyununda yerli Kosovo millisinə 22:10 hesabı ilə qalib gəlib.
Yarımfinalda rəqib Malta olacaq.
Bu görüş iyunun 8-də, Bakı vaxtı ilə saat 20:40-da baş tutacaq.