18 yaşadək oğlan basketbolçulardan ibarət Azərbaycan millisi Gürcüstanın paytaxtı Tiflis şəhərində təlim-məşq toplanışına başlayıb.


Rekord.az xəbər verir ki, yığmanın hazırlıq prosesində yerli komandalarla bir neçə yoxlama görüşü keçirməsi də planlaşdırılır.


Hazırlıq prosesində əsas məqsəd iyulun 25-dən - avqustun 3-dək Rumıniyanın Piteşti şəhərində keçiriləcək Avropa çempionatı B divizionunun oyunlarına hazırlaşmaqdır.


Təlim-məşq toplanışının ilk mərhələsi iyunun -12-də yekunlaşacaq.