17 yaşadək qadın futbolçulardan ibarət Azərbaycan milli komandası Avropa çempionatının ikinci raundunda bu gün son oyununu keçirib.

Rekord.az xəbər verir ki, Albaniyada keçirilmiş oyunda şotlandiyalı yaşıdları ilə qarşılaşan komandamız 0:6 hesabı ilə məğlub olub.

Xatırladaq ki, Azərbaycan yığması qrupdakı ilk iki oyununda Albaniya (0:1) və Şimali Makedoniyaya (0:3) da məğlub olmuşdu.