Azərbaycan millisi səfərdə İrlandiya yığmasına qalib gəldi
- 11:30
- 32
Kişi basketbolçulardan ibarət Azərbaycan millisi Avropa çempionatının seçmə mərhələsində növbəti oyununa çıxıb.
Rekord.az xəbər verir ki, Dublində İrlandiya komandasının qonağı olan Tahir Baxşıyevin baş məşqçisi olduğu yığma rəqibinə 76:75 hesabı ilə qalib gəlib.
Qarşılaşma "National Basketball Arena"da keçirilib.
Xatırladaq ki, Azərbaycan millisi daha əvvəl Şimali Makedoniya (49:87) və Lüksemburqa (90:95) uduzub. Komanda qrupda 4 xalla üçüncü pillədə qərarlaşıb.