
Azərbaycan millisi Qazaxıstan təmsilçilərinə qalib gəlib
- 23 İyn 2025 23:00
- 46
Azərbaycanın 16 yaşadək qızlardan ibarət basketbol millisi Qazaxıstanın Atrau şəhərində təşkil olunan "Airom Cup" beynəlxalq turnirində ev sahibi təmsilçiləri üzərində iki qələbə qazanıb.
Rekord.az xəbər verir ki, yığma ilk oyununda "Aul Sport" klubuna 72:32 hesabı ilə qalib gəlib.
Ardınca "Barsy Atrau" kollektivini 78:43 hesabı ilə üstələyib.
Millimiz növbəti matçlarını iyunun 24-də keçirəcək.