Sabah AÇ-2024-ün növbəti seçmə matçı çərçivəsində səfərdə Belçikanın qonağı olacaq Azərbaycan millisi bu gün oyun öncəsi son məşqinə çıxıb.

Rekord.az xəbər verir ki, məşq 10 minlik "Edmond Machtens" stadiounda baş tutub.

Maraq üçün qeyd edək ki, bu stadion Belçikanın tanınan klublarından olan "Molenbek"in ev oyunlarını keçirdiyi stadiondu. Onu da qeyd edək ki, əslində məşq matçın keçiriləcəyi 50 minlik "King Baudoing Stadium"da keçirilməli idi. Lakin Belçikaya yağan güclü yağış səbəbindən belçikalıların da xahişi ilə məkan dəyişilib. Belçika millisi özü də məşq üçün başqa stadion seçib.

 

Qeyd: "Rekord.az" saytının əməkdaşını Belçikaya ezamiyyəti "Etopaz"ın dəstəyi ilə gerçəkləşdirilib.