Azərbaycanın qadın voleybolçulardan ibarət yığma komandası 2022-ci ilin ən yaxşı qadın komandası nominasiyası üzrə 2-ci yeri tutub. "Rekord.az" xəbər verir ki, komandamız Gənclər və İdman Nazirliyinin keçirdiyi ötən ilin yekunlarına dair sorğunun nəticəsinə görə bu mükafata layiq görülüb.

Sorğuya əsasən bu nominasiya üzrə 1-ci yeri bədii gimnastika üzrə qrup hərəkətləri komandası, 3-cü yeri isə qılıncoynatma üzrə milli komanda tutub.

Bu gün baş tutan nazirliyin 2022-ci ilin yekunlarına həsr etdiyi  qala mərasimdə qaliblərə mükafatları təqdim olunub. 

Qeyd edək ki, Azərbaycanın qadın voleybolçulardan ibarət millisi 2022-ci ildə iki nailiyyətlə yadda qalıb. Komandamız Türkiyənin Konya şəhərində təşkil olunmuş İslam Oyunlarında bürünc medal qazanıb. Həmçinin Avropa çempionatının seçmə mərhələsində iştirak edən yığmamız ardıcıl 10-cu dəfə qitə birinciliyinin final mərhələsinə yüksəlib.